RU

İbranın “Milan”da rolu: Əmr edirəm

“Milan” prezidentinin müşaviri Zlatan İbrahimoviç İtaliya klubunda hansı funksiyaları yerinə yetirməsi ilə bağlı sualı cavablandırıb. Matc.az xəbər verir ki, isveçli sabiq hücumçu yenə maraqlı açıqlama ilə yadda qalıb. “Klubdakı rolum? Bu sadədi: mən əmr edirəm, başqaları isə dinləyir. Niyə bəzən bazada olmuram? Bircə onu deyə bilərəm ki, aslan gedəndə pişiklər rahatlaşır, qayıdanda isə qaçırlar”, deyə 42 yaşlı mütəxəssis bildirib. Qeyd edək ki, Zlatan İbrahimoviç 2011-2012 və 2020-2023-cü illərdə “Milan”ın formasını geyinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
matc.az

1Источники