RU

Rusiya Qərbi “Fələstin xalqının soyqırımı”na göz yummaqda ittiham edib

Rusiya Qərbi “Fələstin xalqının soyqırımı”na göz yummaqda ittiham edib. Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya bildirib ki, ABŞ və digər Qərb ölkələri İsraili heç bir şəkildə cilovlamağa çalışmır, əksinə, Qəzza zolağında döyüşləri davam etdirmək üçün onu bomba və digər silahlarla təmin edir.

O bildirib ki, İsrailin Qəzza zolağında terrorçulara qarşı əməliyyatı guya o qədər mülki itki ilə müşayiət olunur ki, bu, Fələstin xalqının kollektiv cəzasını təşkil edir və buna heç bir bəraət qazandırmaq olmaz. Nebenzya əlavə edib ki, bütün dünya Fələstin dövlətinin yaradılmasını dəstəkləyir və “İsrail işğalına” son qoyulmasını tələb edir.

Rusiya nümayəndəsi onu da bildirib ki, beynəlxalq məhkəmə İsrailin hərəkətlərində soyqırım əlamətləri görüb, ona görə də həm İsrailin, həm də Qərb ölkələrinin soyqırımın qarşısının alınmasına dair konvensiyaya əməl etmədiyini düşünməyə əsas var.

Ülviyyə, Hurriyyet.az

Избранный
19
hurriyyet.az

1Источники