RU

Zelenskinin “qələbə planı”nın bəndlərindən biri məlum olub - KİV

Vladimir Zelenskinin ABŞ prezidenti Co Baydenə təqdim etməyi planlaşdırdığı Rusiya ilə münaqişədə “qələbə planı” nın bəndlərindən biri də Kiyevi NATO- ya dəvət etməkdir.

32gun.az bildirir ki, bu barədə “Le Monde” mənbələrə istinadən yazıb. 

Qəzetin yazdığına görə, Zelenski Bayden Ağ Evi tərk etməmişdən əvvəl ABŞ prezidentindən NATO-ya üzv olmaq üçün dəvət alacağına ümid edir.

Sentyabrın 13-də Zelenski bu ay ABŞ prezidenti Co Baydenə münaqişənin sülh yolu ilə həlli planını təqdim edəcəyini bildirib. Ukrayna prezidenti planının münaqişəni dayandırmağa kömək edəcəyinə zəmanət vermir, lakin o, ölkəsini “güclü” etmək istəyir. Ukrayna liderinin sözlərinə görə, planın dörd əsas bəndi olacaq və hərbi əməliyyatlar başa çatdıqdan sonra lazım olacaq. Plan Ukraynanın təhlükəsizliyi, onun güclü hərbi dəstəyi, resurslardan istifadə azadlığı və Kiyevə iqtisadi yardım haqqındadır.

Ayxan 

Избранный
74
50
32gun.az

10Источники