RU

Kosmosun qoxusu nəyə bənzəyir?

     Beynəlxalq Kosmik Stansiyada (ISS) gözlənilmədən uzun müddət qalan 2 amerikalı astronavt Suni Williams və Butch Wilmore, kosmosun sirli dünyası haqqında maraqlı təfərrüatlar paylaşıblar. Boeing Starliner kosmik gəmisinin təhlükəsizliyilə bağlı geri dönüşləri 2025-ci ilə qədər təxirə salınan astronavtlar, hazırda 6 otaqlı ev ölçüsündə bir məkanda 9 nəfərlə birlikdə yaşayırlar.     Astronavtların açıqlamalarına görə, kosmosun özünəməxsus bir qoxusu var. Kanadalı astronavt Chris Hadfield, kosmosda gəzinti zamanı hiss etdiyi bu qoxunu “təbii olmayan və oyadıcı” olaraq təsvir edir. Britaniyalı astronavt Helen Sharman isə kosmosda tək bir qoxunun üstünlük təşkil etdiyini və buna tez alışdıqlarını bildirir. Bu maraqlı kosmos qoxusunun mənbəyi kosmosdakı güclü radiasiyadan qaynaqlanır. Sharman-ın sözlərinə görə, radiasiya skafandr və ya elmi avadanlıq kimi çıxıntılı obyektlərin səthində sərbəst radikallar yaradır. Bu radikallar, stansiyanın daxilindəki oksigenlə reaksiyaya girərək metal və kükürd qoxusunu yaradır.     Sözügedən astronavtlar etiraf edirlər ki, Yerə qayıtdıqdan sonra hissiyyat təcrübələrinə daha çox dəyər verirlər. Sharman deyir: “Kosmosda hava yoxdur – üzünüzdə yağış və ya saçlarınızda küləyi hiss etmirsiniz və sadəcə bir qoxunu duyursunuz. İndi bu təcrübələrə çox daha çox önəm verirəm!”. ISS-də həyat fəaliyyəti, astronavtların uyğunlaşma qabiliyyətini yoxlayır. Onların gündəlik iş rejimi elmi təcrübələr, idman və özünə qulluqdan ibarətdir. 8 günlük missiya üçün kosmosa gedən astronavtlar, düz 8 aydır ki, qapalı qalıblar. Əgər hər şey yolunda gedərsə, onlar sentyabrın 25-də dünyaya qayıdacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
1
technote.az

2Источники