RU

NASA, 250 milyon işıq ili uzaqlıqdakı qara dəliyin səsini paylaşıb! (Video)

     2003-cü ildə astronomlar, Perseus qalaktika klasterindəki nəhəng qara dəliyin ətrafındakı qazda səs dalğalarının yayıldığını aşkar ediblər. Ancaq bu dalğaları, birbaşa insan qulağı ilə eşitmək mümkün deyil. NASA-nın səsli vizuallaşdırma işi sayəsində bu səs dalğalarının qalaktikalararası məkanlarda necə əks-səda verəcəyini eşidə bilirik. 2003-cü ildə təsbit edilən ən aşağı not olan si bemol, orta C-dən 57 oktava aşağıdadır və tezliyi 10 milyon il olaraq ölçülür. İnsanların eşidə edə biləcəyi ən aşağı not isə cəmi 20 saniyədir.     Səs dalğaları saat əqrəbinin əksinə fırlanaraq qara dəlikdən xaricə yayılır. Bu üsulla səslər, qara dəliyin bütün istiqamətlərindən 144 katrilyon və 288 katrilyon dəfə daha yüksək tezlikdə eşidilə bilir. Səslər həmçinin qalaktika çoxluqlarında istilik və enerji ötürülməsi barədə mühüm məlumatlar verə bilər. Səs çevrilmələri, kosmik hadisələri daha başa düşülən edir və kainatın dərinliklərinə daha geniş baxış təklif edir. Bundan əlavə, səs məlumatlarını, eləcə də optik və rentgen məlumatlarını özündə birləşdirən tədqiqatlar, qalaktikalararası hadisələri daha yaxşı başa düşməyə kömək edir. 

Избранный
30
19
technote.az

10Источники