“Ermənistan təhlükəsizlik əlaqələrini şaxələndirir”.
Hurriyyet.az xəbər verir ki, bunu sentyabrın 18-də Dünya Erməni Sammitində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan müxtəlif ölkələrlə hərbi-texniki əməkdaşlığı inkişaf etdirir və faktiki olaraq peşəkar ordu yaradır.
“Orduda aparılan islahatların heç bir aqressiv çaları yoxdur. Biz deyirik ki, vəzifəmiz 29,743 kv.-lik ərazini qorumaqdır. Bu, BMT Nizamnaməsi ilə təmin edilən hüquqdur”, - deyə Nikol Paşinyan bildirib.
Bununla Paşinyan Ermənistanın əslində hər bir hazırlıqda olduğunu təqsdiqləmiş olub.
Musavat.com