RU

Üzeyir Hacıbəylinin ev-muzeyində Milli Musiqi Günü qeyd olunub

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin doğum gününə həsr olunmuş tədbir keçirilib.

Yeniazerbaycan.com xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni tereminvoks musiqi alətində səsləndirilib.

Tədbirdə ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar iştirak ediblər. Onlar Üzeyir Hacıbəylinin yaradıcılığından maraqlı faktları bölüşüblər.

Muzeyin direktoru, Xalq artisti Sərdar Fərəcov çıxış edərək, dahi bəstəkarın həyat və yaradıcılığından söz açıb. Bildirib ki, Üzeyir bəyin musiqi mədəniyyətimizin inkişafında misilsiz xidmətləri olub. Onun yaradıcılığı bütün dövrlər üçün dəyişməz və bənzərsizdir. “Üzeyir Hacıbəylinin ən böyük xidmətlərindən biri məktəb yaradaraq, öz davamçılarını yetişdirməsidir. Dahi bəstəkarın tələbələri onun sənətini layiqincə davam etdiriblər. Üzeyir bəyin xatirəsi həmişə xalqımız üçün əziz qalacaq”, - deyə o əlavə edib.

Konsert proqramı ilə davam edən tədbirdə şagird və tələbələr “Sevgili canan”, “Arazbari”, “Muğamsayağı” əsərlərini, həmçinin “Şah İsmayıl” operasından Aslan Şahın ariyasını və “Arşın mal alan” operettasından Vəli və Tellinin duetini ifa ediblər.

Избранный
5
2
yeniazerbaycan.com

4Источники