RU

Rusiyada məşhur general həbs olundu

Rusiya İstintaq Komitəsi Mərkəzi Hərbi Dairənin zirehli xidmətinin rəisi, general-mayor Denis Putilovun korrupsiya işi ilə bağlı saxlandığını elan edib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə komitə tərəfindən məlumat yayılıb. İdarədən verilən məlumata görə, həmin general xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Söhbət 2023-cü ildə ordu maşınlarının təmiri və texniki xidməti üçün ümumi dəyəri 140 milyon rubl olan müqavilələrə aiddir. İstintaqın gəldiyi nəticələrə əsasən, Moskva vilayətindən olan fərdi sahibkarla şübhəli sazişlər bağlanıb. vakansiyalar45 yaşlı generalı 15 ilə qədər həbs gözləyir. 2024-cü ilin yazında müdafiə naziri Sergey Şoyqunun istefasından sonra Rusiyada ordu generallarının korrupsiya ittihamı ilə silsilə həbsləri başlayıb. Bu, Rusiya ordusunun Ukraynadakı müharibədəki uğursuzluqları fonunda baş verir. 














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
2
regionxeberlericom.az

3Источники