Veteran futbolçu David Vilya maraqlı açıqlama ilə diqqət çəkib. 

Offsideplus.az xəbər verir ki, "Atletiko", "Sevilya" və "Barselona"nın keçmiş ulduzu "Marca"ya müsahibə verib.

Vilya İspaniyaya gəlməsini istədiyi futbolçunun adını açıqlayıb:

"Bu transfer futbol atmosferi naminə edilməlidir. Holand İspaniyaya gəlməlidir. La Liqada Holand və Mbappe...  Ümid edirəm ki, Erlinq İspaniyaya gələr. Onlar Messi və Ronaldo olarlar. Belə rəqabət yaxşı olardı".