RU

Şimali Koreyadan qorxudan təlim

Uran zənginləşdirən obyektin fotolarını dərc edərək, nüvə silahı hazırladığını dünyaya bəyan edən Şimali Koreya yeni raket sınağı keçirib.

News24.az xəbər verir ki, Şimali Koreya ölkənin şimal-şərq istiqamətinə çoxsaylı qısa mənzilli ballistik raketlər atıb.

Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamada, yerli vaxtla saat 06.50 radələrində Cənubi Phyonqan əyalətinin Kaechon bölgəsindən atılan raketlərin təxminən 400 kilometr məsafə qət etdiyi, detallar barədə məlumat verilmədiyi ifadə edilib.

Cənubi Koreya ordusunun müşahidə və təhlil işlərinə davam etdiyi bildirilən açıqlamada, “Şimali Koreyanın Koreya yarımadasındakı sülh və sabitliyi ciddi şəkildə təhdid edən və açıq-aşkar təxribat olan raket sınaqlarını şiddətlə qınayırıq” ifadələri işlədilib.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
2
news24.az

3Источники