RU

Futzal millisinin baş məşqçisi: Çexiya ilə matçda nəticənin yaxşı olması üçün çalışacağıq

Futzal

Bakı, 19 sentyabr, AZƏRTAC

“Maraqlı oyun olacaq. Yoldaşlıq matçı olsa da, nəticənin yaxşı olması üçün çalışacağıq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov bu gün səfərdə Çexiya seçməsi ilə keçiriləcək ilk yoldaşlıq görüşü barədə danışarkən deyib.

Yığmanın sentyabrın 10-dan təlim-məşq toplanışında olduğunu xatırladan mütəxəssis müəyyən səbəblərdən tam heyəti yığa bilmədiklərini söyləyib: “Futzalçıların durumunun ideal olduğunu deyə bilmərəm. Klublarımız 20 gün – 1 ay olar məşqlərə başlayıblar. Çempionat başlamadığına görə, uşaqlarda oyun təcrübəsi də yoxdur. Yaxın günlərdə yeni mövsüm başlayacaq”.

O, komanda daxilində əhvali-ruhiyyənin yaxşı olduğunu bildirib: “Çexiyaya oyundan 2 gün öncə gəlməyimiz bizim üçün üstünlük oldu. Məsafə uzaqdır, Zlin şəhərinə gəlmək üçün təyyarədən əlavə, avtobusla 3 saata yaxın yol qət etmişik. Şəhərdə bir gün artıq qalmağımız uşaqların yorğunluğunun çıxmasına və bərpa olunmasına kömək etdi. Eyni zamanda Çexiya millisinin üzvlərini də məşqdən sonra gördük. Dünya çempionatının seçmə oyunlarından sonra onlar da yoldaşlıq matçları keçirməyiblər. Komandanın 40-50 faizi yeni futzalçılardır. Onlar üçün də bu matç yeni komandanı iş başında yoxlamaq baxımından önəmlidir.”

Qeyd edək ki, Çexiya – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

 

 

Избранный
7
3
azertag.az

5Источники