RU

Uşaq qəfil qatarın qarşısına çıxıb - Abşerondakı faciə ilə bağlı açıqlama - VİDEO

Xəbər verdiyimzi kimi, ötən gün Abşeronda Güzdək qəsəbəsi sakini, 2019-cu il təvəllüdlü Nuray Bəşirovanı qatar vurub.


O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər uşağın durumunu kritik qiymətləndirirlər.


Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları"ndan Bakupost.az –a bildirilib ki, 18 sentyabr saat 19:00 radələrində Sumqayıt–Xırdalan–Bakı istiqamətində hərəkət edən ADY-yə məxsus sürətli sərnişin qatarı Güzdək qəsəbəsindən keçərkən valideyn nəzarətindən yayınmış azyaşlı bir uşaq qəfil qatarın qarşısına çıxıb:


“Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili yardım briqadası çağırılıb və azyaşlı xəstəxanaya çatdırılıb.

ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur, xüsusilə valideynlər yol hərəkəti qaydalarına əməl etməklə övladlarına nümunə olmalı, övladlarını nəzarətsiz buraxmamalı və onların həyatını təhlükəyə atmamalıdırlar”.




Elnur
BakuPost

Избранный
9
2
bakupost.az

3Источники