RU

Əziz Orucovun həbs müddəti daha 3 ay uzadılıb

Səbail Rayon Məhkəməsində "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində olan həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb. Bu barədə onun Lamiyə Çerpanova məlumat verib.

Ötən il dekabrın 27-də də Səbail Rayon Prokurorluğu Əziz Orucovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib. 
 
Səbail Rayon Məhkəməsində 2023-cü il noyabrın 28-də keçirilən prosesdə Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
 
Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi qaldırılıb.
 
Aytac 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
40
anews.az

10Источники