İndoneziya sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib.
KONKRET.az bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanların episentri Tobelo şəhərindən 78 km şimal-şərqdə, zəlzələ ocağı 89 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.(report)