Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib:
"Burda önəmli məsələ Azərbaycanın siyasi, iqtisadi, hüquqi, daxili suverenliklərinin təsdiq olunması idi. Şübhə yoxdur ki, SSRİ süqut etdikdən və Azərbaycan müstəqilliyini elan etdikdən sonra ilk dəfədir ki, tam olaraq özünün ərazi bütövlüyündə suveren haqlarını bərpa etmiş oldu. Azərbaycan üçün ikinci önəmli məsələ bütövlük hadisəsidir. Bu bütövlük hadisəsi özündə ölkənin həm də xarici suverenliyini birləşdirir. Daxili möhkəmlik, birləşmə bütövlüyü yaradır. Bu, özünü xarici siyasətdə ifadə ilə tamamlamalıdır. Azərbaycan beynəlxalq hüquq və suverenlik baxımından Qafqazda bundan sonra hansı rolu oynayacaq? Onun tarixi instinktləri, dövlət yaddaşı işə düşəcək. İnsan haqları prizmasından, suverenlik prizmasından, Azərbaycanın indi oynadığı beynəlxalq qlobal təhdidlər fonunda iqlim dəyişikliyi, kibertəhlükəsizlik, pandemiyalar məsələsində suverenliyini yeni çağırışlarla zənginləşdirməli və bunlara uyğunlaşdırmalıdır".
Qiymət Mahir