RU

Krımın ilkin mərhələdə BMT-nin mandatı altına keçməsi üçün referendum keçirilsin – Polşanın xarici işlər naziri

Polşanın xarici işlər naziri Radoslav Sikorski Kiyevdə keçirilən “Yalta Avropa Strategiyası” (YES) konfransında iştirak edib. Orada çıxış edən nazir yarımadanın ilk olaraq BMT mandatı altına keçməsi ilə bağlı referendumun keçirilməsini təklif edib.

Sikorski deyib ki, Krım “Rusiya üçün simvolik əhəmiyyətə malikdir” və xüsusilə onun prezidenti Vladimir Putin üçün. O, yarımadanın Ukrayna üçün strateji əhəmiyyət daşıdığını iddia edib. “Mən başa düşmürəm ki, Krımın demilitarizasiyası olmadan onlar necə razılığa gələ bilərlər. Biz bunu BMT mandatı altında onun qanuni sakinlərinin kimlər olduğunu və sair yoxlandıqdan sonra ədalətli referendum hazırlamaq missiyası ilə təhvil verə bilərik”, – Polşa Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Qeyd edək ki, YES – 2004-cü ildə ukraynalı iş adamı Viktor Pinçuk tərəfindən təsis edilən təşkilat çərçivəsində Yalta şəhərində Ukrayna və xarici siyasətçilərin və sahibkarların illik beynəlxalq konfransıdır. Krım Rusiyanın tərkibinə daxil olduqdan sonra konfrans Kiyevdə baş tutub.
Xatırladaq Ki, Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı referendum 2014-cü ilin yazında keçirilib.

//Samir Qurbanov, Editor.az

Избранный
14
1
editor.az

2Источники