RU

"Azərbaycan antiterror əməliyyatı zamanı Ermənistan ərazilərində döyüş keçirməyib" - SIYASI ŞƏRH

"Azərbaycan antiterror əməliyyatı zamanı Ermənistan ərazilərində döyüş keçirməyib" - SIYASI ŞƏRHErmənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək ölkəmizin Qarabağ iqtisadi rayonundan tamamilə çıxarılması, həmin ərazilərdə Azərbaycanın suverenliyinin və konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən "Dağlıq Qarabağa hücum" və "etnik təmizləmə" kimi qələmə verilib.

Məsələ ilə bağlı Sonxeber.az – a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyinin antiterror əməliyyatlarını "Dağlıq Qarabağa hücum" və ya "etnik təmizləmə" kimi qələmə verməsi qəbuledilməzdir:

"Ermənistan Xarici İşlər Nazirliyinin antiterror əməliyyatlarını "Dağlıq Qarabağa hücum" və ya "etnik təmizləmə" kimi qələmə verməsi qəbuledilməzdir. Bu, sülh prosesi gündəliyinə xəyanətdir. Eyni zamanda həm Ermənistanın baş naziri Nikol Paşiniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd etməsi, həm də sülh prosesi kontekstində rəsmi İrəvanın dəfələrlə bəyan etdiyi ərazi bütövlüyünü tanıyırıq kimi ifadələrin faktiki olaraq ikiüzlü bəyənnatlar olduğunu isbat edir. Azərbaycanın keçirdiyi antiterror əməliyyatları beynəlxalq hüququn prinsip və normalarına tamamilə uyğundur. Əvvəla onu qeyd etmək lazımdır ki, əməliyyatlar Azərbaycanın beynəlxalq hüquqla tanınan 86.6 min kvadrat kilometr hissəsi olan keçmiş adı ilə Dağlıq Qarabağ ərazisində baş tutub. Bu əməliyyatların keçirilməsini zəruri edən tərəf də məhz elə Ermənistanın 10 noyabr bəyənnatının müvafiq bəndlərini pozması ilə bağlıdır. Bundan başqa onların ard-arda törətdikləri təxribatlar, ərazinin minalanması fonunda artıq rəsmi Bakının antiterror əməliyyatları keçirməkdən başqa əlacı qalmadı. Qeyd etmək lazımdır ki, bu sadəcə antiterror əməliyyatı deyil, lokal xarakterli antiterror əməliyyatıdır. Yəni fərq ondan ibarətdir ki, antiterror əməliyyatı olsa idi keçirilən əməliyyat fonunda mülki şəxslər də zərər görərdi. Lokal xarakterli antiterror əməliyyatları dünya tarixində az rast gəlinəcək bir əməliyyatdır. Belə ki, lokal xarakterli antiterror əməliyyatı zamanı mülki şəxslərə zərər vurulmamış, sadəcə ön xətdə yerləşən seperatçı qurumun və Ermənistan silahlı qüvvələrinin bölmələri zərərsizləşdirilmişdir".

Turan Rzayev qeyd edib ki, Ermənistanın indiki məqamda bunu necə adlandırması rəsmi Bakının zərrə qədər maraqlandırmır:

"Əgər onlar bunu bu cür qiymətləndirirlərsə bu faktiki olaraq danışıqlar prosesinə ziddir. Çünki Ermənistan həm ərazi bütövlüyünün tanınmasından danışıb, həm də bu məsələni bu cür təqdim edərək prosesə ikiüzlü yanaşdıqlarını göstərir. Reallıq ondan ibarətdir ki, Azərbaycan nə 44 günlük müharibə zamanı, nə də lokal xarakterli antiterror əməliyyatı zamanı Ermənistan ərazilərində döyüş keçirməyib. Biz öz ərazilərimizdə antiterror əməliyyatları keçirmişik. Bunun ən böyük sübutu Ermənistanın dəfələrlə müraciət etdiyi KTMT -nin ona yardım etməməsidir. Çünki KTMT -nin cavab arqumenti bu idi ki, Azərbaycan öz ərazisində əməliyyatlar keçirir".

Çiçək Sadatova

Избранный
19
1
sonxeber.az

2Источники