RU

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin HƏCMİ

Bu ilin yanvar-avqust aylarında Azərbaycanla MDB ölkələri arasında 4 milyard 209 milyon 720 min ABŞ dolları dəyərində ticarət əməliyyatları baş tutub.

Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,22% azdır.

Hesabat dövründə MDB ölkələri ilə ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 30,37%-ni təşkil edib.

Bu dövrdə Azərbaycanın ticarət dövriyyəsinin dəyəri azalan sıra üzrə Rusiya ilə 2 milyard 947 milyon 301 min ABŞ dolları (1 il əvvələ nisbətən 5,8% çox), Ukrayna ilə 315 milyon 48 min ABŞ dolları (50,9% çox), Türkmənistanla 296 milyon 26 min ABŞ dolları (54,1% az), Belarusla 303 milyon 499 min ABŞ dolları (39% çox), Qazaxıstanla 172 milyon 20 min ABŞ dolları (33% az), Özbəkistanla 135 milyon 367 min ABŞ dolları (27,8% çox), Qırğızıstanla 29 milyon 831 min ABŞ dolları (0,3% çox), Moldova ilə 6 milyon 664 min ABŞ dolları (3,1 % az), Tacikistanla 3 milyon 956 min ABŞ dolları (3,6% az) olub.

Səkkiz ayda Azərbaycanın MDB ölkələrinə məhsul ixracının dəyəri 4,2% azalaraq 1 milyard 108 milyon 957 min ABŞ dolları təşkil edib.

Bu dövrdə Azərbaycandan Rusiyaya 767 milyon 439 min ABŞ dolları (illik müqayisədə 3,4% az), Ukraynaya 127 milyon 681 min ABŞ dolları (2,4 dəfə çox), Türkmənistana 62 milyon 706 min ABŞ dolları (10,7% çox), Belarusa 29 milyon 510 min ABŞ dolları (48,6% çox), Qazaxıstana 68 milyon 575 min ABŞ dolları (8,6% az), Özbəkistana 22 milyon 451 min ABŞ dolları (24,8% az), Qırğızıstana 24 milyon 106 min ABŞ dolları (11,8% az), Moldovaya 3 milyon 81 min ABŞ dolları (15,5% az), Tacikistana 3 milyon 404 min ABŞ dolları (16,2% az) dəyərində məhsul ixrac edilib.

Ölkənin ümumi ixracında MDB ölkələri 6,08%, o cümlədən Rusiya 4,21%, Ukrayna 0,7%, Türkmənistan 0,34%, Belarus 0,16%, Qazaxıstan 0,38%, Özbəkistan 0,12%, Qırğızıstan 0,13%, Moldova 0,02%, Tacikistan 0,02% paya sahib olub.

Yanvar-avqustda Azərbaycanın MDB ölkələrindən məhsul idxalının dəyəri 3% azalaraq 3 milyard 100 milyon 763 min ABŞ dolları təşkil edib.

Bu dövrdə Azərbaycana Rusiyadan 2 milyard 179 milyon 862 min ABŞ dolları (9,4% çox), Ukraynadan 187 milyon 367 min ABŞ dolları (20,7% çox), Türkmənistandan 233 milyon 320 min ABŞ dolları (60,3% az), Belarusdan 273 milyon 989 min ABŞ dolları (38% çox), Qazaxıstandan 103 milyon 445 min ABŞ dolları (43% az), Özbəkistandan 112 milyon 916 min ABŞ dolları (48,4% çox), Qırğızıstandan 5 milyon 725 min ABŞ dolları (2,4 dəfə çox), Moldovadan 3 milyon 583 min ABŞ dolları (10,8% çox), Tacikistandan 552 min ABŞ dolları (13,8 dəfə çox) dəyərində məhsul idxal edib.

Ölkənin ümumi idxalında MDB ölkələri 24,29%, o cümlədən Rusiya 17,08 %, Ukrayna 1,47%, Türkmənistan 1,83%, Belarus 2,15%, Qazaxıstan 0,81%, Özbəkistan 0,88%, Qırğızıstan 0,04%, Moldova 0,03%, Tacikistan 0,004% paya sahib olub.

Bizim.Media

Избранный
8
7
bizim.media

8Источники