Livanda son iki gündür peycer və rabitə cihazlarının partlaması nəticəsində ölənlərin sayı 37-yə çatıb.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Livanın Səhiyyə Nazirliyi yayıb.
Bildirilir ki, sentyabrın 17-də baş verən hadisə zamanı 12, sentyabrın 18-dəki insidentdə idə 25 nəfər həlak olub.
Onların hər birinin “Hizbullah” hərəkatının üzvləri olduğu bildirilir.
Bununla yanaşı, 2750 nəfərin partlayış səbəbindən yaralandığı qeyd olunub.