RU

Kaxa Kaladze: Böyük dövlətlərin Gürcüstandan öz maraqları üçün istifadə etməsinə imkan verməyəcəyik

Kaxa

Tbilisi, 19 sentyabr, AZƏRTAC

Gürcüstan hakimiyyəti böyük dövlətlərin Gürcüstandan Ukraynada olduğu kimi, öz maraqları üçün istifadə etməsinə imkan verməyəcək.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının baş katibi Kaxa Kaladze bildirib.

“Biz ölkəmizin suverenliyini müdafiə edəcəyik. Böyük dövlətlərin öz maraqları naminə uzun tarixə malik kiçik ölkəmizi Ukrayna kimi istifadə edib çətin vəziyyətə salmasına imkan verməyəcəyik”, - deyə K. Kaladze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC -ın xüsusi müxbiri

Tbilisi

Избранный
39
2
azertag.az

3Источники