İtaliyanın şimalındakı Emiliya-Romanya bölgəsinin mindən çox sakini daşqınlar səbəbindən təxliyə edilib.
İqtisadiyyat.az bu barədə "ANSA"ya istinadən xəbər verir.
Güclü yağışlar nəticəsində Ravenna əyalətində Senio və Lamone çayları məcrasından çıxıb.
İtaliyanın şimalında bəzi ərazilərdə güclü yağışlar torpaq sürüşməsinə səbəb olub. Eyni zamanda, Emiliya-Romanya bölgəsində qatarların hərəkəti dayandırılıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar bir sıra şimal əyalətlərində məktəblər bağlanıb.
Gözəl Həşimova