RU

Professor: Qida əlavələri və dərmanla bağlı məsləhətlər vermək yalnız həkimin səlahiyyətindədir

Səhiyyə Nazirliyi Azərbaycanda fəaliyyət göstərən özəl tibb müəssisələrinə müraciət edib.
"Sherg.az" xəbər verir ki, nazirliyinin yaydığı məlumatda “Dərman vasitələri haqqında” qanunun 14-1.1-ci maddəsinə əsasən bioloji aktiv qida məhsullarının (BAQM) reseptə yazılmasının qadağan olunduğu bildirilib.
Qeyd olunub ki, həmin qanunun 14-1.3-cü maddəsinə əsasən, bioloji aktiv qida məhsullarının üzərində və istifadə təlimatlarında (içlik vərəqlərində) əmtəə nişanı adının yazıldığı hər yerdə əmtəə nişanı adının altında onunla eyni ölçüdə və şriftdə olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuşan “DƏRMAN VASİTƏSİ DEYİLDİR!” sözlərinin yazılması məcburi xarakter daşıyır.
"Yuxarıda qeyd olunan sahədə qanunvericiliyin tələblərinə riayət olunmasına və neqativ hallara səbəb ola biləcək amillərin aradan qaldırılması məqsədilə özəl tibb müəssisələrində resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən buraxılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılmasının qarşısının alınması üçün Analitik Ekspertiza Mərkəzinin səlahiyyətləri çərçivəsində maarifləndirici, preventiv və qanunvericiliklə müəyyən olunmuş inzibati tədbirlərin görülməsi nəzərdə tutulur. Nəzərinizə çatdırırıq ki, elektron resept sisteminə keçid ilə əlaqədar özəl tibb müəssisələrində və aptek təşkilatlarında plan üzrə və plandankənar yoxlamaların aparılması zamanı həmin müəssisələrdə resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən yazılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılması, həmçinin belə reseptlər əsasında BAQM satışı hallarının aşkar edilməsi üçün nəzarət gücləndiriləcək".


Orofessor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, qida əlavələrinin Azərbaycanda qeydiyyatı Səhiyyə Nazirliyinin müvafiq strukturu və Qida Agentliyi tərəfindən aparılır:


''Əslində bu vasitə xəstəyə dərman kimi təyin edilir. Həmin qida əlavələrinin çoxusu vitamin mineral kompleksindən, bioflavonoidlərdən, müxtəlif üzvi və qeyri-üzvi maddələrdən ibarət olduğu üçün bunun təyinatı ilə həkim məşğul olmalıdır. Nəzərə almalıyıq ki, bəzi dərman preparatlarının, vitaminlərin bədəndə düzgün fəaliyyət göstərməsi üçün əlavə maddələrə ehtiyac olur. Məsələn, D vitamininin çalışmasına görə, orqanizmdə  C, E,K2, B2 vitaminləri olmalıdır. Əks halda, D vitamininin normal işləməsi təmin olunmur. Buna görə də qida əlavələrinin keyfiyyət parametrləri analiz nəticələrinə uyğundursa, qida əlavəsi həkim tərəfindən xəstəyə təyin oluna bilər. Yəni, burada qeyri- adi birşey yoxdur. Ümumiyyətlə, xəstələrə hansısa qida, pəhriz, qida əlavələri, dərmanla bağlı məsləhətlər vermək yalnız həkimin səlahiyyətindədir".
Избранный
91
10
sherg.az

10Источники