Rusiya PUA istehsalını 10 dəfə artırmağı planlaşdırır
Rusiya Silahlı Qüvvələrinə pilotsuz təyyarələrin tədarükü əhəmiyyətli dərəcədə artıb.
Reyting.az-ın xəbərinə görə, Rusiya prezidenti Vladimir Putin deyib ki, pilotsuz təyyarə istehsalının təxminən 10 dəfə artırılması planlaşdırılır.
“Ümumilikdə, 2023-cü ildə Silahlı Qüvvələrə 140 minə yaxın müxtəlif təyinatlı pilotsuz nəqliyyat vasitəsi verilib. Bu il pilotsuz təyyarələrin istehsalının əhəmiyyətli dərəcədə, daha dəqiqi, təxminən 10 dəfə artırılması nəzərdə tutulur”, - deyə dövlət başçısı Hərbi-Sənaye Komissiyasınıniclasında bildirib. ELÇİN