Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 156,8 min ton neft koksu ixrac edilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 21% azdır.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 13,2 milyon ABŞ dolları olub.
Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə isə 74,7% azdır.
Gözəl Həşimova