RU

Ukrayna bu tarixədək Avropa İttifaqına üzv ola bilər - Səfir açıqladı

Avropa İttifaqının Ukraynadakı səfiri Katarina Maternova bildirib ki, o, Kiyevin 2030-cu ilə qədər siyasi birliyə daxil olması ilə bağlı proqnozu real hesab edir. 

HİT.az bu barədə “European Truth”a istinadən xəbər verir.

Onun sözlərinə görə, Ukrayna öz təşəbbüsü ilə “matrisanı sındırıb” və digər ölkələrlə müqayisədə Avropaya inteqrasiyanın sürətli tempi qorunub saxlanıla bilər.

“Mən əvvəllər müsahibəmdə demişəm və təkrar edirəm: Hesab edirəm ki, Şarl Mişelin qarşıya qoyduğu məqsəd - Ukraynanın bu onilliyin sonuna kimi Aİ-yə daxil olması realdır", deyə Maternova bildirib.

İyun ayında Ukrayna Aİ-Ukrayna Hökumətlərarası Konfransının ilk iclasında Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar prosesinə rəsmən başlayıb.

Avropa Şurasının rəhbəri Şarl Mişel Ukraynanın 2030-cu ilə qədər ittifaqa üzv ola biləcəyini bildirib, həmçinin qarşıdan gələn prosesi uzun və çətin adlandırıb, bu müddət ərzində ölkə çoxlu islahatlar həyata keçirməli olacaq.

"Ukrayna və Moldova Aİ-yə tam üzvlüyün ciddi standartlarına cavab vermək üçün institutları gücləndirmək, korrupsiya ilə mübarizə aparmaq və iqtisadi sabitliyi yaxşılaşdırmaq üçün işləri davam etdirməli olacaqlar", deyə Mişel izah edib.

Samir
 

Избранный
27
50
hit.az

10Источники