RU

Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İki yaşlı Çimnaz ağır yanıq xəsarətləri alıb.
Bu barədə Oxu.Az-a onun anası Nazpəri Həsənova məlumat verib.
O bildirib ki, övladı avqustun 3-də üzərinə samovar aşıraraq ağır yanıq xəsarətləri alıb:
"Çimnazın iki yaşı var. Avqustun 3-də o, həyətdə oynayarkən qaynar samovarı üzərinə aşırdı. Onun ayaqları və əli yanıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Bir müddət orada müalicə aldıqdan sonra evə çıxdıq".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Həkimin Çimnaz üçün yazdığı mazları və dərmanları almaq üçün hazırda 600 manata ehtiyacımız var. Bu məbləği tapmaq, inanın, bizim üçün çox çətindir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 327-95-93.
Uni Bank: 5243 7544 4091 8124.
Избранный
221
50
oxu.az

10Источники