RU

Azərbaycanda ilk dəfə olaraq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur

Azərbaycanda ilk dəfə olaraq sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.

Editor.az  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, azad olunmuş ərazilər üzrə şəhər günləri təsis edilib

Sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:

26 avqust – Laçın Şəhəri Günü;

4 oktyabr – Cəbrayıl Şəhəri Günü;

17 oktyabr – Füzuli Şəhəri Günü;

20 oktyabr – Zəngilan Şəhəri Günü;

25 oktyabr – Qubadlı Şəhəri Günü;

8 noyabr – Şuşa Şəhəri Günü;

20 noyabr – Ağdam Şəhəri Günü;

25 noyabr – Kəlbəcər Şəhəri Günü.

Избранный
75
19
editor.az

10Источники