RU

Yaşar Güler: Türkiyə Azərbaycanın yanında olacaq

Yaşar Güler: Türkiyə Azərbaycanın yanında olacaq

Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əzmkarlıq və qəhrəmanlıq nümayiş etdirərək Qarabağın azad olunmasına nail olub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Türkiyəni milli müdafiə naziri Yaşar Güler Türkiyədə Qazilər Gününə həsr olunmuş tədbirdəki çıxışında deyib.

Tədbirin iştirakçıları arasında Azərbaycandan 44 günlük Vətən müharibəsi qaziləri də olublar.

Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsini anan nazir qazilərə hörmət və təşəkkürünü ifadə edib. O vurğulayıb: “”Bir millət, iki dövlət” konsepsiyasını rəhbər tutaraq, biz sevincdə də, kədərdə də Azərbaycanı dəstəkləməkdə davam edəcəyik”.

Kipr məsələsinə toxunan nazir qeyd edib ki, Ankaranın kiprli türklərin qanuni hüquqlarını müdafiə etmək məsələsində mövqeyi dəyişməz olaraq qalır. O, adada təhlükəsizlik atmosferini pozmaq cəhdlərinin yolverilməz olduğunu vurğulayıb: “Biz regiondakı prosesləri diqqətlə izləyirik və istənilən ssenariyə hazırıq”.

Güler, həmçinin qeyd edib ki, Türkiyə ordusu əvvəlki dövrlərdən fərqli olaraq, məhdud zaman və məqsədli əməliyyatlardan terror təhlükəsinin aradan qaldırılmasına yönəlmiş genişmiqyaslı və uzunmüddətli fəaliyyətə keçib.

Ramin Abdullayev

Ankara

Mənbə: AZƏRTAC

Избранный
45
1
ilk.az

2Источники