"Abşeron" klubu heyətini daha bir amerikalı basketbolçu ilə gücləndirib.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, Jaja Devislə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Mərkəz hücumçusu mövqeyində çıxış edən basketbolçu son olaraq İrlandiyanın I divizionunda "Tolko Rovers" klubunun şərəfini qoruyub.