RU

Britaniya Baş naziri geyimlə bağlı ianələrdən imtina edəcək

Britaniya Baş naziri geyimlə bağlı ianələrdən imtina edəcək

Böyük Britaniyanın Baş naziri Keir Starmer, müavini Ancela Reyner və maliyyə naziri Reyçl Rivz partiya donorlarından geyim üçün əlavə ianələr qəbul etməyəcəklər.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə DauninqStritə yaxın mənbə məlumat verib. Starmerin iş geyimləri və eynəklər üçün 16 min funt sterlinqdən çox yardım aldığı, həyat yoldaşı Viktoriyanın da geyimi üçün donorlar tərəfindən dəstək aldığı məlum olduqdan sonra hökumət başçısı ciddi tənqidlərə məruz qalıb.

Baş nazir və digər hökumət üzvlərinə ianə edənlər arasında Leyboristlər Partiyasının üzvü lord Vahid Allinin adı xüsusilə vurğulanır.

Qeyd edək ki, Leyboristlər Partiyası iyul ayında keçirilən seçkilərdə qazandıqları böyük qələbədən sonra ilk illik konfransına hazırlaşdığı vaxtda bu qalmaqalın qarşısını almağa çalışır.

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: AZƏRTAC

Избранный
47
2
ilk.az

3Источники