20-22 sentyabr 2024-cü il tarixlərində tarixilərində Macarıstanın paytaxtı Budapeştdə karate üzrə beynəlxalq turnir keçirilir.
Bu barədə Modern.az-a Azərbaycan Karate Federasiyasından məlumat verilib.
Mötəbər turnirin ilk günündə kata üzrə yeniyetmələr arasında (14-15 yaş) Rüstəmova Şəlalə bütün rəqiblərinə qalib gələrək qızıl medal, gənclər arasında (16-17 yaş) Heydərova Ramilə gümüş medal qazanıb.