RU

Biz Rusiya ilə istənilən formatda danışıq üçün plan hazırlamışıq - Zelenski

Kiyev Rusiya Federasiyası ilə istənilən formatda danışmağa imkan verən plan üzərində fəal işləyir. Hazırda onun üç bölümü artıq hazırdır. Bizimyol.info xəbər verir ki, bu barədə prezident jurnalistlərlə görüşündə bildirib. “Noyabrın əvvəlində dediyimiz kimi, bütün plan hazır olacaq. Bu, Rusiya Federasiyası ilə istənilən formatda danışıq üçün başlanğıc və təməl olacaq. İstənilən formatda, onun hər hansı bir nümayəndəsi ilə, çünki plan və göstərəcək bir şey olacaq", - deyə dövlət başçısı qeyd edib. Prezidentin sözlərinə görə, Ukrayna Rusiya Federasiyasını ikinci Sülh Sammitində görməyə hazırdır, çünki “tərəflərdən biri olmadan müharibəyə son qoyula bilməz”. Kiyevin müttəfiqləri də eyni mövqedədir. Eyni zamanda, prezident hesab edir ki, Rusiya Federasiyası müharibənin davam etməsini istəyir. Xatırladaq ki, Vladimir Zelenski Kiyevdə mətbuat konfransı zamanı ilin sonuna qədər baş tutmalı olan ikinci Sülh Sammitinin Rusiya-Ukrayna müharibəsinə son qoymalı olduğunu bildirmişdi. Dövlət başçısının sözlərinə görə, onu həyata keçirmək üçün Ukrayna mümkün qədər güclənməlidir. Prezident əlavə edib ki, indi Avropada hamı sülhdə maraqlıdır. Ukrayna mətbuatının daha əvvəl verdiyi məlumata görə, bu ay Zelenski ABŞ prezidenti Co Baydenlə görüşəcək və ona Ukraynanın qələbəsi üçün plan təqdim edəcək. Təqdin ediləcək plan Kiyevin müttəfiqlərinin yaxın aylarda sürətli qərarlar qəbul etməsi üçün nəzərdə tutulub. Ukrayna lideri ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harrislə də görüşmək niyyətindədir. Qadir, Bizimyol.info

Избранный
78
50
bizimyol.info

10Источники