RU

Premyer Liqa: "Mançester Siti" "Arsenal"la oyunun son dəqiqəsində vurduğu qolla məğlubiyyətdən xilas olub

Premyer Liqa: "Mançester Siti" "Arsenal"la oyunun son dəqiqəsində vurduğu qolla məğlubiyyətdən xilas olub

İngiltərə Premyer Liqasında V turun mərkəzi görüşü baş tutub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, prinsipial matçda "Mançester Siti" və "Arsenal" komandaları üz-üzə gəlib. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı "Mançester Siti"dən Erlinq Haaland açsa da, "Arsenal"ın heyətində Rikkardo Kalafiori və Qabriel fərqlənərək londonlulara üstünlük qazandırıblar. Buna baxmayaraq, "şəhərlilər"in üzvü Con Stons 90+8-də komandasını məğlubiyyətdən xilas edən qolu vurub.

Qarşılaşmanın 45+8-ci dəqiqəsində "topçular"da Leandro Trossard qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarını 13-ə çatdıran "Mançester Siti" 1-ci pillədədir. "Arsenal" isə 11 xalla 4-cü yerdə qalıb.

Mənbə: AZƏRTAC

Избранный
29
50
ilk.az

10Источники