RU

Azərbaycan QHT-ləri BMT-nin “Gələcəyin Sammiti”nin işində fəal iştirak edir

Azərbaycan QHT-ləri BMT-nin “Gələcəyin Sammiti”nin işində fəal iştirak edir

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-nin “Gələcəyin Sammiti”nin işində fəal iştirak edir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən bildirilib. Qeyd olunub ki, COP29 Təşkilat Komitəsinin üzvləri - “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova, “Gender Hub” İctimai Birliyinin sədri Məryəm Məcidova, “SmartNation” platformasının təsisçisi Şəbnəm Məmmədova, o cümlədən “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi Amin Məmmədov, “Bakı Təşəbbüs Qrupu”nun rəhbəri Abbas Abbasov, “Qarabağa Dönüş” İctimai Birliyinin nümayəndəsi Gülməmməd Məmmədov sammit və Fəaliyyət Günləri çərçivəsində müxtəlif panellərə qatılıb.

Mənbə: AZƏRTAC

Избранный
32
3
ilk.az

4Источники