RU

İranlı ekspert: “Qərbə Zəngəzur dəhlizi qaz kəməri üçün lazımdır”

“Ermənistanın baş naziri açıq şəkildə Türkiyə və Azərbaycanın İrəvana yenidən təzyiq göstərməyə cəhd edə biləcəyindən narahatdır və bu səbəbdən 13 bəndlik sazişi imzalamaq istəyir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi iranlı ekspert Qasem Momenidir.
O hesab edir ki, Paşinyan “İrəvan forumu”nda Azərbaycanın Zəngəzur dəhlizinin yenidən açılması ilə bağlı çağırışından narahatdır və bunun qarşıdurma səviyyəsində oldğunu qeyd edib. “Azərbaycan bəyan edib ki, bu dəhliz beynəlxalq qurumlar tərəfindən idarə olunmalı və monitorinq edilməlidir. Məsələyə başqa bir prizmadan baxsaq, bu o deməkdir ki, ABŞ və Türkiyə Avropa ilə birlikdə mərkəzi Bakı olan qaz kəmərinin sürətlə inşasında maraqlıdır”.
Momeninin sözlərinə görə, Azərbaycan indiki vəziyyətdə yaxşı vəziyyətdədir. “İqtisadi, siyasi və hərbi baxımdan üstünlüyə malikdir və buna görə də Paşinyan sülh müqaviləsini imzalamaq axtarışındadır”.
İranlı ekspert sonda onu da bildirib ki, iki  tərəf arasında Zəngəzur dəhlizi və onun monitorinq modeli ilə bağlı fikir ayrılığı ciddi məsələdir. “Lakin sonda ola bilsin ki, hər iki tərəf bu dəhlizin idarəsi və monitorinqi ilə bağlı üçüncü tərəflə razılıq əldə olunsun”.

Избранный
64
1
jamaz.info

2Источники