Türkiyə Futbol Federasiyası Peşəkar Futbol İntizam Komitəsi (PFDK) "Kayserispor"un baş məşqçisi Burak Yılmaza 1 oyunluq cəza verib.
Offsideplus.az xəbər verir ki, bu barədə qərar TFF-nin rəsmi saytında açıqlanıb.
Bildirilib ki, Burak Yılmazın "Trabzonspor"la oyunda rəqib azarkeşlərə qarşı qeyri-idman hərəkətinə görə cəzalandırılmasına qərar verilib.
PFDK-nın açıqlamasında qeyd olunub: "Bellona Kayserispor" klubunun baş məşqçisi Burak Yılmaz, FDT-nin 36/1-ci və 35/4-cü maddələrinə əsasən, 1 rəsmi oyundan kənarlaşdırılıb, ona paltardəyişmə otağına və ehtiyat oyunçu skamyasına giriş qadağan edilib. Bundan əlavə, baş məşqçiyə 58.500 TL məbləğində cərimə tətbiq olunub."