RU

Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq etdiklərini açıqladı

Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters Rusiya və Belarusa qarşı yeni sanksiyalar paketinin tətbiq edildiyini açıqlayıb."DogruXeber.az" xəbər verir ki, onun sözləri departamentin saytında yer alıb."Ukraynada Zaporojye Atom Elektrik Stansiyasının Rusiya tərəfindən davam edən qanunsuz işğalı nüvə təhlükəsizliyini təhdid edir. Yeni Zelandiya yenidən Rusiyanı Zaporojye Atom Elektrik Stansiyasının işğalına son qoymağa və dərhal Ukrayna ərazisindən çıxmağa çağırır”.Peters həmçinin əlavə edib ki, Belarus subyektlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi Rusiyanın hərəkətlərini dəstəkləyənləri “məsuliyyətə cəlb etməyə” yönəlmiş beynəlxalq tərəfdaşlarla birgə səylərin bir hissəsidir.Nazirlik vurğulayıb ki, yeni sanksiyalar paketinə beş fiziki və altı hüquqi şəxsə qarşı tədbirlər daxildir.

Избранный
185
3
dogruxeber.az

4Источники