RU

Qadın iş başında qəfil ÖLDÜ

Siyəzən rayonunda qadın iş yerində vəfat edib.

 

Sfera.az  xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Siyəzən şəhərinin ərazisində yerləşən “Siyəzən Broyler” ASC-nin yeməkxanasında baş verib.

 

Şirkətin əməkdaşı, 1963-cü il təvəllüdlü Rəfiqə Hacı qızı İsaqovanın halı iş yerində qəfil pisləşib və dünyasını dəyişib. Onun infarktdan öldüyü bildirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Избранный
64
11
sfera.az

10Источники