"Azərreyl" voleybol klubu heyətini yeni oyunçu ilə gücləndirib.Metbuat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Anastasiya Qurbanova paytaxt təmsilçisinin şərəfini qoruyacaq. Qurbanova "dəmiryolçular"la birillik müqavilə imzalayıb.
Qeyd edək ki, Anastasiya 2016/2017 mövsümündə "Azərreyl"ın heyətində çıxış edib.