İnternet resurslarında “Tost” maliyyə piramidası ilə bağlı kütləvi dələduzluq halları ilə bağlı məlumatlar yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində həmin maliyyə piramidası ilə bağlı araşdırma aparılır.
Qeyd edilib ki, araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
ZÜMRÜD