RU

ABŞ-ın Türkiyəyə S-400 təklifi ilə bağlı xəbərdarlıq: “Belə bir səhvə yol verilsə...”

Yunanıstanın “Katmerini” qəzeti ötən günlərdə ABŞ-ın Türkiyəyə Rusiyadan alınmış S-400 raketləri ilə bağlı təklif verdiyini yazmışdı. O iddiaya görə, Vaşinqton Ankaranın F-35 proqramına qaytarılması qarşılığında S-400-lərin ya ABŞ-a verilməsi, ya da İncirlik bazasında yerləşdirilməsini təklif edib.

Teleqraf.com xəbər verir ki, mövzu ilə bağlı “Haberglobal”a danışan Türkiyə hərbi aviasiyasının təqaüdçü generalı Beyazıt Karataş Afinanın bununla Ankaraya qarşı fikir formalaşdırmağa çalışdığını deyib.

“Türkiyənin S-400-ləri İncirlikdə (ABŞ bazası) yerləşdirməsi və ya başqa ölkəyə satmasından söhbət gedə bilməz”, - general vurğulayıb.

Karataş ABŞ-dan Türkiyəyə qarşı tətbiq edilən hərbi sanksiyaların S-400-lərlə heç bir əlaqəsinin olmadığını bildirib.

Türk general ABŞ-ın ölkəsinə satmaqdan imtina etdiyi F-35 qırıcılarındakı nöqsanlara diqqət çəkib:

“F-35 çox bahalı, texniki səmərəliliyi aşağı olan bir təyyarədir. F-35 uçan kompüterdir. Uçuşa başladıqda sistemə daxil olmaq üçün istifadəçi adı və ya şifrə tələb olunur. Bu şifrələr də ABŞ-dan gəlməlidir. Başqa sözlə, F-35-i uçurmaq üçün hər dəfə istehsalçıdan şifrə gözləmək lazımdır. Müştəri ölkələrdən çoxsaylı şikayətlər var. F-35-lər kiberəməliyyatlar və hücumlara qarşı zəifdir. ABŞ istədiyi vaxt, harada olur-olsun, F-35-lərə müdaxilə edə bilər”.

Professor Hasan Ünal hesab edir ki, belə bir addım Türkiyəni ABŞ-dan asılı vəziyyətə sala bilər.

Professor istehsal olunan F-35-lərin yalnız 29 faizinin təhlükəsiz şəkildə uça bildiyini söyləyib: “ABŞ-da, xüsusən də Konqresdə ciddi müzakirələrə səbəb olduğu və İngiltərə kimi dövlətlərin bu qırıcıların önəmli hissəsini xidmətdən çıxardıqları halda, ümid edirəm ki, belə bir səhvə yol verməyəcəyik”.

Избранный
38
23
hurriyyet.az

10Источники