RU

Naxçıvanda altı məktəb direktoru vəzifədən azad olunub

Naxçıvan Muxtar Respublikasında (MR) altı məktəb direktoru vəzifədən azad olunub.

“İki sahil” xəbər verir ki,  bununla bağlı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov əmr imzalayıb.

Belə ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə deputat seçilən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin direktoru Əli Abbasov, Şərur rayon Çomaxtur kənd tam orta məktəbinin direktoru Pərvin Nəcəfsoy, Şərur rayon Arbatan kənd tam orta məktəbinin direktoru Aynur Babayeva, Şərur şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevil Hacıyeva, Kəngərli rayon Xıncab kənd tam orta məktəbinin direktoru Xəzəngül Orucova və Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbinin direktoru Gülxarə Tarverdiyeva, Ordubad rayon Unus kənd tam orta məktəbinin direktor müavini Ramil Nəbiyev vəzifələrindən azad olunublar. (Report)

Избранный
50
49
ikisahil.az

10Источники