RU

Revanş döyüşünə hazırlıq: Gündə 7-8 bakal pivə içir

Keçmiş dünya çempionu Tayson Fyuri ukraynalı boksçu Aleksandr Usiklə revanş görüşü haqda danışıb.

OXU24.COM  xəbər verir ki, Fyuri idman rejiminə əməl etmədiyini etiraf edib.

“Mən indi bu boks cəfəngiyatının üstündəyəm. İstədiyimi edirəm. Gündə bir-iki və ya 6, 7, 8 bakal pivə içməyə imkanım var. Boksla maraqlanmıram. Amma Usik… onunla revanşın mənası var. Biz bunu həyata keçirməli və qalib gəlməliyik. Çoxları məndən soruşur ki, niyə hələ də boksla məşğulam? Çünki bacarıram. İlk döyüşə hazırlaşmadığımı, ona görə uduzduğumu deyə bilmərəm, amma cavab görüşü var”, – Fyuri deyib.

Daha əvvəl Turki Əl-Şeyx bildirmişdi ki, WBC, WBA, WBO və IBO versiyalarında ağır çəkidə dünya çempionu Aleksandr Usik və keçmiş WBC çempionu Tayson Fyuri arasında revanş görüşü 21 dekabr 2024-cü ildə baş tutacaq.

Избранный
102
39
oxu24.com

10Источники