RU

“OBA Market”in məhsullarını mənimsəyən administratora elektron qolbaq taxıldı

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Elməddin Vəlizadənin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, protest təmin edilməyib.


İttihama görə, Elməddin Vəlizadə 2020-2021-ci illərdə “OBA Market” MMC-nin Yasamal rayonu ərazisində yerləşən “OBA-Elmlər 2” filialında administrator vəzifəsində işləyib. O, çalışdığı müddət ərzində mağazadan 10 157,89 manat dəyərində məişət və qida məhsullarını çıxararaq kassaya mədaxil etməyib və mənimsəyib.


Daha sonra Elməddin Vəlizadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı kassasiya protesti vermişdi. 

 

Kamal Məmmədov 

Tarix: 26 Sentyabr 2024, 10:10   
Избранный
62
2
pravda.az

3Источники