RU

Kəmaləddin Qafarovun şirkətində ölüm hadisəsi İDDİA

Siyəzən rayonunda qadın iş yerində vəfat edib.

Yeni Gundem” xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Siyəzən şəhərinin ərazisində yerləşən “Siyəzən Broyler” ASC-nin yeməkxanasında baş verib.
Şirkətin əməkdaşı, 1963-cü il təvəllüdlü Rəfiqə Hacı qızı İsaqovanın halı iş yerində qəfil pisləşib və dünyasını dəyişib. Onun infarktdan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ölkə mətbuatında “Siyəzən Broyler” ASC-i Milli Məclisin deputatı Kəmaləddin Qafarova məxsus olduğu bildirilir, və bu məsələ Kəmaləddin Qafarov tərəfindən təkzib olunmayıb.Xalq.az

Избранный
76
2
yenigundem.az

10Источники