RU

Tıxaca qarşı addım:“20 Yanvar” və Sumqayıta rahat getmək üçün - FOTO

Tbilisi prospektindən başlayaraq "20 Yanvar" metrostansiyası istiqamətində avtobus zolağının qanunsuz fəaliyyət göstərən "manatlıq" taksilərin qarşısını alacağı gözlənilsə də, praktikada başqa problemlərə səbəb olub. 

Belə ki, qanunsuz fəaliyyət göstərən taksilər və hətta avtobuslar yolun digər kənarlarında dayanırlar. Bu da tıxaclara səbəb olur. 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmisi Tural Orucov açıqlamasında deyib ki, Tbilisi prospektinin “20 Yanvar” metrostansiyası istiqamətində xüsusi hərəkət zolağının təşkili ilə ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb: 

"Bakıdan Sumqayıt şəhərinə yola düşmək istəyən vətəndaşlar paytaxtın müxtəlif ərazilərindən həmin istiqamətdə fəaliyyət göstərən avtobus marşrutlarından istifadə edə bilərlər. Sumqayıt şəhərinə daha tez çatmaq üçün vətəndaşlar “Avtovağzal” metrostansiyasına gələrək müasir və komfortlu “Neoplan” avtobusların fəaliyyət göstərdiyi 595 nömrəli ekspres marşrut xətti, habelə Saray qəsəbəsindən keçməklə 503 nömrəli müntəzəm marşrut xətti ilə gedə bilərlər. 

Bakı-Sumqayıt şosesində yaradılan xüsusi hərəkət zolağı isə sərnişinlərin rahat və sürətli daşınmasını təmin edir. Sumqayıta paytaxtın “Azadlıq prospekti” metrostansiyasından da yola düşmək mümkündür. 

Metrostansiyanı Sumqayıt şəhərinin Sülh küçəsi ilə əlaqələndirən 123 nömrəli müntəzəm marşrut xətti üzrə gündəlik 15 avtobus sərnişinlərə xidmət göstərir. Eyni zamanda, “20 Yanvar” metrostansiyasının yaxınlığından və “Şamaxinka” adlanan ərazidən Xırdalan şəhəri və Masazır qəsəbəsinə müntəzəm avtobus marşrutları fəaliyyət göstərir. Bu ərazidən keçməklə Xırdalana 119 və 135, Masazıra isə 525 nömrəli marşrutlar hərəkət edir". 

O qeyd edib ki, Bakı şəhərindən Sumqayıt şəhəri və Abşeron rayonunun müxtəlif ərazilərinə müntəzəm avtobus marşrutları ilə gündəlik təqribən 80 minə yaxın sərnişin daşınır: 

"Hazırda Bakı şəhərinin istənilən ərazisindən avtobus və metro vasitəsilə “Avtovağzal” metrostansiyasına və Beynəlxalq Avtovağzal Kompleksinin Nəqliyyat Mübadilə Mərkəzinə (HUB) getmək mümkündür. Qeyd edək ki, HUB-dan Bakı və Sumqayıt şəhəri və Abşeron rayonunun müxtəlif istiqamətlərinə 27 marşrut üzrə 260-dan çox avtobusla sərnişin daşımaları həyata keçirilir". 

(cebhe.info)

FOTO QALEREYA
Избранный
33
1
avtosfer.az

10Источники