RU

“Ermənistanda revanşist hərəkatı yenidən qızışdıranlara nəticə yox, başqa şey gərəkdir...”

“Təbii ki, onlar da gözəl bilirlər ki, regionda yetərincə güclü Azərbaycan-Türkiyə tandemi var. Və bu qüvvəyə qarşı Ermənistan dayana bilməz...”
 
“Təbii ki, Ermənistanda bu günlərdə keşiş Baqratın başçılığıyla yenidən fəallaşdırılmağa çalışılan revanşist hərəkat özbaşına deyil. Bu hərəkat əsasən Rusiya tərəfindən körüklənir. Çünki bildiyiniz kimi, Xocalı caniləri olan eks-prezidentlər Köçəryan və Sərkisyan Rusiya ilə bağlıdırılar. Eyni zamanda həmin hərəkat Qərb, ilk növbədə Fransa tərəfindən qızışdırılır. Onların da məqsədləri odur ki, bu cür hərəkatları ortaya qoymaqla Ermənistanda gedən prosesləri nəzarətdə saxlamağa çalışsınlar. Yəni Ermənistanın nəzarətdən çıxmaması üçün belə qüvvələri ortalığa atırlar. Fransanın da, Qərbin də məqsədi bundan ibarətdir, Rusiyanın da.... Amma təbii ki, onlar da gözəl bilirlər ki, regionda yetərincə güclü Azərbaycan-Türkiyə tandemi var və bu qüvvəyə qarşı Ermənistan dayana bilməz.  Onu  da yaxşı bilirlər ki,  Azərbaycanla növbəti bir qarşıdurma olarsa, heç kəs  Ermənistanı dəstəkləməyəcək”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Ermənistanda Rusiya kəşfiyyatı, erməni kilsəsi və Xocalı canisi Robert Köçəryan tərəfindən idarə olunduğu deyilən keşiş Baqratın başçılığıyla revanşist, irqçi xislətli qüvvələr yenidən Paşinyanın istefası tələbi ilə meydan və küçələrə çıxmağa hazırlaşır. Necə hesab edirsiz, onlar hansısa bir uğurlu nəticə əldə edə bilərlərmi?” sualını cavablandıran AzVP sədri Akif Nağı dilə gətirib.
 
“Azərbaycanla Türkiyənin uğuru ondan ibarətdir ki, həm güc ortaya qoyurlar, həm də eyni zamanda bir sıra dövlətlərin neytral qalmasına nail ola bilirlər. Bu mənada da heç kəs Azərbaycana qarşı güc nümayiş etdirməyəcək. Amerika da Ermənistana az miqdarda hərbi qüvvə və silah toplayır. Lakin bununla belə, Ermənistanın bizə qarşı savaş açacağı təqdirdə ABŞ də ona arxa durmayacaq. Bunu da hamı yaxşı anlayır. Ona görə də bu gün Ermənistanda revanşist hərəkatı qızışdıranlara heç nəticə də lazım deyil, onlara, sadəcə, hərəkətlilik lazımdır ki, müəyyən proseslər getsin, o hərəkatı aparanların bir gözü Rusiyada, bir gözü də Qərbdə olsun. Çünki hər iki tərəfdən dəstək və yəqin ki, maliyyə də alırlar.  Həmin hərəkatı bilavasitə təşkil edənlərin də məqsədi odur ki, maliyyə alsınlar, onlara dəstək verən xarici dövlətlərin də məqsədi həmin hərəkat vasitəsilə Ermənistanı müəyyən dərəcədə təsir altında saxlamaqdır”, - deyə siyasətçi diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Избранный
104
13
moderator.az

10Источники