"Birbank Star-la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”.
Bu sözləri
150 illik yubileyini qeyd edən, ölkənin birinci bankı Kapital Bank-ın Pərakəndə
Biznes Ofisinin lideri Fərid İslamov müsahibəsində qeyd edib.
Fərid bəy,
Kapital Bank-ın vaxtaşırı bazara yeni məhsullar təqdim etdiyini görürük. Bu məhsullar
maliyyə bazarında fərqlilik yaradaraq rəqabətə səbəb olur. Bu dəfə isə Birbank
Star-la gündəmə gəldiniz. Necə düşünürsünüz Birbank Star bazarın starı ola biləcəkmi?
Hədəfimiz
də elə budur. Maliyyə bazarında hərəkətlilik yaradacaq, rəqabətədavamlı, ən əsası
isə müştərilərin ürəyincə olacaq məhsul yaratmaq. Məncə, Birbank Star kartı ilə
biz bunu bacarmışıq. Düşünün ki, sizin elə bir kredit kartınız var ki, siz
onunla 30 000 manata qədər məbləği ürəyiniz istədiyi kimi istifadə edə
bilirsiniz. Üstəlik heç bir faiz və komissiya olmadan. İstər kartdakı pulu Kapital
Bank-ın və ya digər bankların bankomatlarında nağdlaşdırın, istər digər bank
kartlarına köçürmələr edin, istər ödəniş edin heç bir fərqi yoxdur, bu əməliyyatların
heç biri üçün nə faiz, nə də komissiya tətbiq edilmir.
Yəni bugünədək
hamımızın öyrəşdiyi ənənəvi kredit kartlarından istifadə şərtləri Birbank Star-da
yoxdur?
Məhz elə
bu əhəmiyyətli məqamları düşünərək biz yaşından, peşəsindən, sosial statusundan
asılı olmayaraq hər kəsin istifadə edə biləcəyi, sadə, istifadəsi asan və böyük
bir auditoriyaya xitab edəcək məhsul yaratdıq. Birbank Star sizin yaxın
dostunuz kimidir. Kartda olan vəsaiti istədiyiniz kimi istifadə edə bilərsiniz.
Heç bir əməliyyata – nə nağdlaşdırmaya, nə köçürməyə, nə də onlayn ödənişə
komissiya tətbiq edilmir. Ödəniş şərtləri isə olduqca sadədir. İstifadə edilən
məbləğ həmin ayın son gününədək karta geri qaytarılmalıdır. Məbləğ geri
qaytarılmadığı və borc formalaşdığı halda isə yaranan hər 500 manatadək borc
üçün 10 manat istifadə haqqı formalaşır və bu məbləğ ayın onuna qədər ödənilməlidir.
Aylıq ödənişlər, həmin ödənişlərə hesablanan
faizlərə nəzarət, əmaliyyətlara görə gələn komissiyalar, tətbiq edilən
limitləri keçib-keçməmək həyəcanı, güzəşt müddətini izləmək kimi məqamlar bu
kartda yoxdur. Kart üzrə balansı və əməliyyatları isə Birbank mobil tətbiqində məhz
Birbank Star üçün yaradılan funksionallıq vasitəsilə rahatlıqla izləmək
mümkündür. Hər şey bu qədər rahat və sadədir. Məqsədimiz odur ki, Birbank Star
gündəlik istifadə üçün rahat, anlaşılan eyni zamanda da hər kəsin ən sərfəli kartı
olsun. Bu kart həm də kredit kartları ilə bağlı müştərilərdə olan faizi çoxdur,
komissiyası var kimi neqativ fikirləri tamamilə dəyişəcək.
Yəqin ki, müştəriləri düşündürən vacib bir məqam da
keşbeklərdir. Birbank
Star-ın keşbek kimi əlavə üstünlükləri də varmı?
Əlbəttə, bizim digər kredit kartlarında olduğu kimi, Birbank Star-da
da həm keşbek, həm də ikiqat ƏDV var. Müştərilərimiz Birbank mobil tətbiqindəki
keşbek kateqoriyalarına qoşulmaqla, geniş partnyor şəbəkəmizdə alış-veriş
etməklə və bankımızın təqdim etdiyi digər imkanlardan faydalanmaqla daha çox
keşbek qazana biləcəklər.
Qeyd edim ki, müştərilərimiz Birbank Star kartını Birbank mobil
tətbiqindən və onlayn formada kapitalbank.az, birbank.az
vebsaytlarından, həmçinin istənilən Kapital Bank filialından müraciət edərək
əldə edə bilərlər. Eyni zamanda müştərinin seçiminə əsasən bu kartı həm fiziki,
həm də rəqəmsal formada istifadə etmək mümkündür. Onlayn kanallardan sifarişlərdə
Bakı şəhəri üzrə ünvana çatdırılma xidməti də mövcuddur. Xatırladım ki, biz bu
mövzuda "Wolt” şirkəti ilə əməkdaşlıq edirik. Hətta maraqlı bir faktı deyim ki,
"Wolt”la kart çatdırılmasını nəyinki Azərbaycanda, hətta dünyada ilk olaraq biz
həyata keçiririk. Şəhər ətrafı ərazilərə çatdırılmanı isə partnyorumuz "Azəriexpress”
həyata keçirir.
Bank
olaraq lider mövqeyinizi qorumaq və müştəri məmnuniyyətini təmin etmək üçün
hansı addımları atırsınız?
Bu sualın bir cavabı var: müştəriyönümlülük strateji hədəfimizdir.
Bizim fəaliyyətimiz müşətərilərimizin rahatlığına və məmnuniyyətinə fokuslanıb.
Maliyyə əlçatanlığını təmin etmək üçün proseslərimizin, məhsul və
xidmətlərimizin rəqəmsallaşmasına, paralelində
xidmət keyfiyyətinin artırılmasına, eyni zamanda bank xidmətlərinin
təhlükəsizliyinə xüsusi diqqət ayırırıq. Yeni texnoloji həllərə, loyallıq
proqramlarına aktiv investisiyalar edirik. Məmnuniyyətlə deyə bilərəm ki, öz
növbəsində bütün bu təşəbbüslər də bəhrəsini verir. Bu gün nağd pul və kart
satışlarımızın 52%-i rəqəmsal kanallar vasitəsilə həyata keçirilir. Keçən il
buraxdığımız rəqəmsal depozit məhsulu üzrə portfelimiz 65 milyon manat təşkil
edir. 2024-cü il üzrə sentyabr ayına qədər keşbek və ƏDV bonusları şəklində
müştərilərimizə 52 milyon manat həcmində vəsait qaytarmışıq. Sorğu mərkəzinə
daxil olan müraciətlərin 40%-dən çoxu canlı əlaqə qurmadan AI çat bot
vasitəsilə cavablandırılmaqla xidmət sürəti bir neçə dəqiqədən 4-5 saniyəyədək
endirilib.
Təşəkkür
edirəm, Fərid bəy, son olaraq Kapital
Bank-ı seçən müştərilərə nə demək istəyərdiniz?
www.anews.az