RU

Fərid İslamov Birbank Star-la bağlı müsahibə verib

"Birbank Star-la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”.

Bu sözləri 150 illik yubileyini qeyd edən, ölkənin birinci bankı Kapital Bank-ın Pərakəndə Biznes Ofisinin lideri Fərid İslamov müsahibəsində qeyd edib. 

Fərid bəy, Kapital Bank-ın vaxtaşırı bazara yeni məhsullar təqdim etdiyini görürük. Bu məhsullar maliyyə bazarında fərqlilik yaradaraq rəqabətə səbəb olur. Bu dəfə isə Birbank Star-la gündəmə gəldiniz. Necə düşünürsünüz Birbank Star bazarın starı ola biləcəkmi?
 
Hədəfimiz də elə budur. Maliyyə bazarında hərəkətlilik yaradacaq, rəqabətədavamlı, ən əsası isə müştərilərin ürəyincə olacaq məhsul yaratmaq. Məncə, Birbank Star kartı ilə biz bunu bacarmışıq. Düşünün ki, sizin elə bir kredit kartınız var ki, siz onunla 30 000 manata qədər məbləği ürəyiniz istədiyi kimi istifadə edə bilirsiniz. Üstəlik heç bir faiz və komissiya olmadan. İstər kartdakı pulu Kapital Bank-ın və ya digər bankların bankomatlarında nağdlaşdırın, istər digər bank kartlarına köçürmələr edin, istər ödəniş edin heç bir fərqi yoxdur, bu əməliyyatların heç biri üçün nə faiz, nə də komissiya tətbiq edilmir.
 
 
Yəni bugünədək hamımızın öyrəşdiyi ənənəvi kredit kartlarından istifadə şərtləri Birbank Star-da yoxdur?
 
Xeyr, yoxdur. Bildiyiniz kimi Kapital Bank ölkənin ən böyük müştəri bazasına sahib bankıdır. Bizim uğurumuz həm də ondadır ki, məhsul və xidmətlərimiz üzərində işləyərkən mütləq qaydada müştərilərimizin rəylərini dinləyir, onların qarşılaşdığı çətinlikləri dərindən araşdırırıq. Müştərilərimizin kredit kartından istifadə təcrübəsini araşdırdığımız zamansa tez-tez rastlaşdığımız fikirlər olur. Məsələn, kredit kartları şərtlərinin çox mürəkkəbliyi, faiz və komissiyaların necə hesablandığının anlaşılmaması və bu kimi digər fikirlər. Bu tip suallarla Sorğu  mərkəzimizə də çox müraciətlər gəlir. Ən çox verilən suallar balansın izlənməsi, təsdiqlənməmiş borclar, xərclənən məbləğə tətbiq edilən faizlər haqqında olur. Bu isə çox təbiidir, çünki əksər müştərilər əməliyyatlarının detallarını bankla yanaşı özləri də hesablamaq və izləmək istəyirlər. Ənənəvi kredit kartlarında isə bu hər kəs üçün aydın və rahat deyil.
Məhz elə bu əhəmiyyətli məqamları düşünərək biz yaşından, peşəsindən, sosial statusundan asılı olmayaraq hər kəsin istifadə edə biləcəyi, sadə, istifadəsi asan və böyük bir auditoriyaya xitab edəcək məhsul yaratdıq. Birbank Star sizin yaxın dostunuz kimidir. Kartda olan vəsaiti istədiyiniz kimi istifadə edə bilərsiniz. Heç bir əməliyyata – nə nağdlaşdırmaya, nə köçürməyə, nə də onlayn ödənişə komissiya tətbiq edilmir. Ödəniş şərtləri isə olduqca sadədir. İstifadə edilən məbləğ həmin ayın son gününədək karta geri qaytarılmalıdır. Məbləğ geri qaytarılmadığı və borc formalaşdığı halda isə yaranan hər 500 manatadək borc üçün 10 manat istifadə haqqı formalaşır və bu məbləğ ayın onuna qədər ödənilməlidir. Aylıq ödənişlər, həmin ödənişlərə hesablanan faizlərə nəzarət, əmaliyyətlara görə gələn komissiyalar, tətbiq edilən limitləri keçib-keçməmək həyəcanı, güzəşt müddətini izləmək kimi məqamlar bu kartda yoxdur. Kart üzrə balansı və əməliyyatları isə Birbank mobil tətbiqində məhz Birbank Star üçün yaradılan funksionallıq vasitəsilə rahatlıqla izləmək mümkündür. Hər şey bu qədər rahat və sadədir. Məqsədimiz odur ki, Birbank Star gündəlik istifadə üçün rahat, anlaşılan eyni zamanda da hər kəsin ən sərfəli kartı olsun. Bu kart həm də kredit kartları ilə bağlı müştərilərdə olan faizi çoxdur, komissiyası var kimi neqativ fikirləri tamamilə dəyişəcək.   
 
 
Yəqin ki, müştəriləri düşündürən vacib bir məqam da keşbeklərdir. Birbank Star-ın keşbek kimi əlavə üstünlükləri də varmı?

Əlbəttə, bizim digər kredit kartlarında olduğu kimi, Birbank Star-da da həm keşbek, həm də ikiqat ƏDV var. Müştərilərimiz Birbank mobil tətbiqindəki keşbek kateqoriyalarına qoşulmaqla, geniş partnyor şəbəkəmizdə alış-veriş etməklə və bankımızın təqdim etdiyi digər imkanlardan faydalanmaqla daha çox keşbek qazana biləcəklər.
 
Qeyd edim ki, müştərilərimiz Birbank Star kartını Birbank mobil tətbiqindən və onlayn formada kapitalbank.az, birbank.az vebsaytlarından, həmçinin istənilən Kapital Bank filialından müraciət edərək əldə edə bilərlər. Eyni zamanda müştərinin seçiminə əsasən bu kartı həm fiziki, həm də rəqəmsal formada istifadə etmək mümkündür. Onlayn kanallardan sifarişlərdə Bakı şəhəri üzrə ünvana çatdırılma xidməti də mövcuddur. Xatırladım ki, biz bu mövzuda "Wolt” şirkəti ilə əməkdaşlıq edirik. Hətta maraqlı bir faktı deyim ki, "Wolt”la kart çatdırılmasını nəyinki Azərbaycanda, hətta dünyada ilk olaraq biz həyata keçiririk. Şəhər ətrafı ərazilərə çatdırılmanı isə partnyorumuz "Azəriexpress” həyata keçirir.
 
Bank olaraq lider mövqeyinizi qorumaq və müştəri məmnuniyyətini təmin etmək üçün hansı addımları atırsınız?   

Bu sualın bir cavabı var: müştəriyönümlülük strateji hədəfimizdir. Bizim fəaliyyətimiz müşətərilərimizin rahatlığına və məmnuniyyətinə fokuslanıb. Maliyyə əlçatanlığını təmin etmək üçün proseslərimizin, məhsul və xidmətlərimizin rəqəmsallaşmasına, paralelində  xidmət keyfiyyətinin artırılmasına, eyni zamanda bank xidmətlərinin təhlükəsizliyinə xüsusi diqqət ayırırıq. Yeni texnoloji həllərə, loyallıq proqramlarına aktiv investisiyalar edirik. Məmnuniyyətlə deyə bilərəm ki, öz növbəsində bütün bu təşəbbüslər də bəhrəsini verir. Bu gün nağd pul və kart satışlarımızın 52%-i rəqəmsal kanallar vasitəsilə həyata keçirilir. Keçən il buraxdığımız rəqəmsal depozit məhsulu üzrə portfelimiz 65 milyon manat təşkil edir. 2024-cü il üzrə sentyabr ayına qədər keşbek və ƏDV bonusları şəklində müştərilərimizə 52 milyon manat həcmində vəsait qaytarmışıq. Sorğu mərkəzinə daxil olan müraciətlərin 40%-dən çoxu canlı əlaqə qurmadan AI çat bot vasitəsilə cavablandırılmaqla xidmət sürəti bir neçə dəqiqədən 4-5 saniyəyədək endirilib.
 
Təşəkkür edirəm, Fərid bəy, son olaraq  Kapital Bank-ı seçən müştərilərə nə demək istəyərdiniz?

Öncə müştərilərimizə bizi seçdikləri, bazara təklif etdiyimiz məhsulları sevərək istifadə etdikləri və bununla da bizi yeni həllər yaratmağa sövq etdikləri üçün təşəkkür edirəm. Bu gün, haqqında danışdığımız Birbank Star da müştərilərimizin istəklərindən ilhamlanıb yaratdığımız məhsullarımızdandır. Odur ki, hamını bu kartı sifariş etməyə dəvət edirəm. Bildirmək istəyirəm ki, çətin hesablamalar, faizlər və komissiyalar dövrü Birbank Star-la bitdi.

www.anews.az
Избранный
34
31
anews.az

10Источники