RU

Rafael Mehrəliyevin tender oyunu

Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində fəaliyyət göəstərən Bakı Fəvvarələrin İstismarı İdarəsinin tenderinin nəticələri ləğv edilib.

"Kanal14.az" XALQ.AZ-a istinadən xəbər verir ki, bu haqda məlumat rəsmi qaynaqlarda yayınlanıb.

Həmin məlumatda deyilir ki, sözügedən idarə 199.900,26 manatlıq dəftərxana və təsərrüfat mallarının satın alınmasını reallaşdırmaq niyyətində olub. Lakin AİİNBX qanunun 36.1.1-ci maddəsinin pozulmasını nəzərə alaraq, onun reallaşmasına qadağa qoyub.

Qeyd edək ki, R.Mehrəliyevin adı mətbuatda buna qədər də müxtəlif qalmaqallarda çəkilib. R.Mehrəliyevin rəhbərlik etdiyi departamentdə aşkarlanan böyük rüşvət və korrupsiya faktları olduğu iddia olunur.



 

Избранный
26
5
kanal14.az

6Источники